AtaBank 2017-ci ilin 30 sentyabr tarixinə maliyyə nəticələrini açıqlayıb.
Bankın sözügedən tarixə aktivlərinin həcmi 621,975 mln. manat təşkile edib. Aktivlərin 532,577 mln. manatını müştərilərə verilən kreditlər, 13,828 mln. manatını nağd vəsaitlər, 2,224 mln. manatını isə banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər təşkil edir.
İlin 3-cü rübündə bankın öhdəliklərinin həcmi 472,800 mln. manat olub ki, bunun da 293,206 mln. manatını müştərilərə verilən depozitlər təşkil edib.
Bankın cəmi kapitalı 149,175 mln. manatdır.
2017-ci ilin yanvar-sentyabr aylarında bankın əməliyyat mənfəəti 5,815 mln. manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 4,142 mln. manat olub.
AtaBank ilin ilk 9 ayında mənfəətdədir.
Belə ki, bank 1,672 mln. manat xalis mənfəət əldə edərək dövrü tamamlayıb.