İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər.
Günümüzdə ipoteka kreditləri mənzil alqı-satqısı üçün istifadə olunur. Yəni, müəyyən şərtlər daxilində daşınmaz əmlakı girov qoymaqla mənzil sahibi olmaq olar.
Bu kredit uzun müddətli dövr üçün verilir. Dünya reallığı ilə qarşılaşdırdıqda ölkəmizdə ipoteka almaq üçün tələb olunan sənəd və faiz dərəcələrinin çoxluğu demək olar ki, insanların ipoteka sənədləşməsindən qaçmasına səbəb olur. Hər bir halda ipoteka kreditləşməsi zamanı tələblərin azaldılmasını ümüd etmək olar. Sizə ipoteka zamanı tələb olunan sənədlər toplusu maraqlıdırsa, bu keçiddən (http://banco.az/az/news/uzun-sened-siyahisi-ipotekanin-en-yorucu-merhelesi) istifadə edərək məlumat əldə edə bilərsiniz.
İpoteka kreditinin verilməsinin həyata keçirilməsi yalnız sənədləşmə ilə bitmir. Kreditin verilməsi müddətində tələb olunan xərclər heç az deyil. İpoteka kreditlərinin rəsmiləşdirilməsi üçün tələb olunan rüsum və müddətlər haqqında aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:
Aparılan hərəkətin adı |
Rüsum (AZN) |
Hərəkəti aparan idarənin adı |
“Dövlət rüsumu haqqında” AR Qanunu |
---|---|---|---|
Kredit müqavilələrinin təminatı kimi bağlanılan ipoteka müqavilələri üçün |
30 |
Notariat kontorları |
Maddə 10.4.3 |
İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: |
|
Notariat kontorları |
Maddə 10.5 |
Bakı şəhərində |
110 |
||
digər şəhər və rayonlarda |
44 |
||
Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: |
|
Notariat kontorları |
Maddə 10.6 |
Bakı şəhərində |
55 |
||
digər şəhər və rayonlarda |
22 |
||
Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə(Forma 1) |
10 |
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti |
Maddə 26.6 |
Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi |
30 |
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti |
Maddə 26.1.1 |
İpotekanın dövlət qeydiyyatına alınması üçün |
20 |
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti |
Maddə 26.2 |
İpotekanın təkrar və əlavə dövlət qeydiyyatına alınması üçün |
10 |
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti |
Maddə 26.4 |
Daşınmaz əmlakın ipoteka ilə yüklülükdən azad edilməsi |
10 |
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti |
Maddə 26.4 |
İpoteka kağızını tərtib edən şəxsin imzasının təsdiqi üçün |
2 |
Notariat kontorları |
Maddə 10.17 |
İpoteka kağızının dövlət qeydiyyatı üçün |
5 |
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi |
Maddə 21.5 |
İpoteka kağızının əlavə qeydiyyatı üçün |
2 |
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi |
Maddə 21.6 |
İpoteka krediti zamanı mütləq ipoteka sığortası hazırlanır. İpoteka kreditini istər bank, istərsə də Dövlət İpoteka Fondu versin, fərq etməz. İstənilən kredit verən şəxs, verilən borcun geri qaytarılmasını təmin etmək etmək istəyər. Ona görə də sənədləşmə zamanı ipoteka sığortası mütləq hazırlanır. Sizi sığorta xərcləri ilə tanış edək:
Sığortanın növü |
Orta Məbləğ |
Müddət |
---|---|---|
Fərdi qəza və xəstəlik sığortası |
Kredit məbləğinin 0,5% – 0,7% miqdarında |
3-5 gün müddətində |
3-5 gün müddətində |
||
İpoteka predmetinin sığortası |
Kredit məbləğinin 0,3% – 0,4% miqdarında |
3-5 gün müddətində |
İpoteka predmetinin qiymətləndirilməsi üçün tələb olunan xərclər isə heç də az deyil:
Əmlakın təsviri |
Orta məbləğ |
Müddət |
---|---|---|
Mənzillər: |
|
1-3 gün müddətində |
1-4 otaqlı |
100-120 AZN |
|
çox otaqlı |
120-150 AZN |
|
Fərdi yaşayış evi |
120-150 AZN |
İpoteka kreditini almaq üçün aparılan işlərin müddəti isə müxtəlifdir:
Aparılan hərəkətin adı |
Müddət |
Qanunvericlik |
---|---|---|
Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə (Forma 1) |
5 iş günü ərzində |
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanun, Maddə 5.3. |
Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi |
20 gün ərzində |
Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanun, Maddə 9.2 |
İpotekanın dövlət qeydiyyatına alınması |
5 gün ərzində |
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanun, Maddə 20.3 |
İpoteka kağızının dövlət qeydiyyatına alınması |
3 gün ərzində |
“İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları” nın 2.2-ci bəndi |
İpoteka kağızının əlavə qeydiyyatı |
2 gün ərzində |
“İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları” nın 3.3-cü bəndi |
İpoteka krediti əldə etmək asan bir iş kimi görünmür. Amma evinizin olmağını istəyirsinizsə, cəhd etmək olar.
Bu yerdə bizə sadəcə sizə uğur və səbr diləmək qalır... :)
Günel Abduraxmanova / Banco.az