Artıq Instagram "Shopping" funksiyasından daha çox satıcı faydalanacaq | Banco.az

Artıq Instagram "Shopping" funksiyasından daha çox satıcı faydalanacaq

Tamara Mustafayeva, Banco.az

Instagram platformasının "Alış-veriş" (Shopping) bölməsi daha çox satıcıya ev sahibliyi edəcək.

Banco.az xarici mətbuata istinadla bildirir ki, platforma son dövrlərdə "Alış-veriş" bölməsi ilə bağlı yeni addımlar atmağa hazırlaşır. Bildiyiniz kimi, şirkət 2018-ci ilin fevral ayında platformaya əlavə edilən "Alış-veriş" funskiyası ilə müəssisələrin izləyicilərini potensial müştərilərə çevirməsinə imkan yaratmışdı. Hazırda isə sosial media nəhəngi bu funksiyadan daha geniş kütlələrin faydalanması üçün "Ticarət Qaydaları" üzrə yeni tənzimləmələr edib. Sözügedən tənzimləmələrə görə, artıq daha çox biznes sahibləri platforma vasitəsilə məhsullarını sata biləcəklər.

Instagram’dan Alışveriş Atağı

Bununla da, rəssamlar, yemək blogerləri kimi bir çox fərqli sahə üzrə fəaliyyət göstərən və fəaliyyətini biznesə çevirməyi düşünən Instagram istifadəçiləri platforma vasitəsilə məhsul satışı həyata keçirə biləcək. Şirkət 9 iyul tarixindən etibarən lazımi şərtlərə cavab verən bütün istifadəçilərin "Alış-veriş" bölməsində öz yerini ala biləcəyini açıqlayıb.

Satıcılar məhsullarını daha çox insana çatdırmaq üçün müvafiq həştəqlərdən istifadə edəcəklər. Bununla yanaşı onların Instagram platformasının "ödəniş testi"-dən də keçməsi zəruri hesab edilir. Bütün şərtlərə cavab verən istifadəçilər artıq birbaşa platforma vasitəsilə satış prosesini icra edə biləcəklər. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Instagram kiçik biznes sahiblərini sevindirəcək yeni funksiyasını AKTİVLƏŞDİRDİ

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram