Tamara Mustafayeva, Banco.az
"Instagram" artıq platformanın işində nasazlıq yarandıqda bu xəbəri istifadəçilərə birinci özü çatdıracaq.
Banco.az xarici mətbuata istinadla bildirir ki, populyar sosial şəbəkələrdən biri olan "Instagram" son günlərdə tez-tez rastlaşdığımız "Instagram çökübmü?" sualını birinci özü cavablandırmaq üçün müvafiq addımlar atıb. Belə ki, şirkət platformada bu məqsədə xidmət göstərəcək yeni funksiyaları sınaqdan keçirməyə başlayıb.
Məlum olduğu kimi, son günlərdə həm ölkəmizdə, həm də dünyanın əksər yerlərində "Facebook" və onun tərkibində olan "Instagram"ın işində nasazlıqla üzləşən istifadəçilər sözügedən sosial şəbəkələrdəki problemlə bağlı suallarına "Twitter" və "Google"da cavab axtarmağa çalışırlar. Odur ki, bu sualın cavabını ən tez formada vermək üçün addım atan "Instagram" yeni funksiyalar vasitəsilə hər hansı bir problem yarandıqda istifadəçilərə xəbərdarlıq göndərəcək. Platformanın bu yeni funksiyası "Aktivlik" ("Activity") bölməsində əks olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!