Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ödənişli formada keçiriləcək “Banklarda Risklərin İdarəedilməsi” təliminə qeydiyyat elan edir.
Təlim iqtisadçı-ekspert Elman Sadıqov tərəfindən əyani formada keçiriləcəkdir. 20 saat müddətinə keçirilməsi planlaşdırılan təlimdə iştirakçılar öyrənəcəklər:
Risk mədəniyyəti, fəlsəfi və riskyönümlü düşüncə;
Risklərin idarə edilməsində buraxılan səhvlər;
Risklərin növləri, kateqoriyaları və banklara xas olan əsas risklərin yumşaldılması;
Risk xəritəsi fəlsəfəsi, vəzifələri. Risk xəritəsinə görə şirkətin profilinin müəyyənləşdirilməsi;
Stres testlər, növləri, keçirilməsi qaydaları;
Ölçülə bilinməyən risklərin ölçülə bilən risklərə çevrilmə metodları;
Ölçülə bilən risklərin statistik modellərlə ölçülməsi;
QEYD: makro-stress testlərin qurulması yolları izah olunacaq.
Təlimdə iştirak etmək istəyən namizədlər qeyd olunan linkə https://forms.gle/eyfsnBVAkEBnfzBDA - keçid edərək qeydiyyatdan keçə bilərlər.
Ödəniş və təlimin başlama tarixi haqqında daha ətraflı məlumat üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz.
Əlaqədar şəxs: Könül Məmmədova
(+994 12) 505 53 02; (+994 55) 202 93 43
Email: [email protected]
Bizi sosial şəbəkələrdən izləyin!!