Apple yavaşıdılan iPhone-lara görə 500 milyon dollar cərimə ödəyəcək | Banco.az

Apple yavaşıdılan iPhone-lara görə 500 milyon dollar cərimə ödəyəcək

Apple rəsmiləri 2017-ci ilin dekabrında batareya performansında davamlılıq əldə etmək üçün köhnə iPhone-ları yavaşlatdıqlarını etiraf etmişdilər. Şirkət bununla əlaqədar telefon sahiblərini yeni telefonlar və ya batareyalar satın almağa məcbur etdiyinə görə, təxminən 500 milyon dollar cərimə ödəyəcək.

Cərimənin tətbiq edilməsi üçün Kaliforniyadakı ABŞ Bölgə Məhkəməsi tərəfindən təsdiq lazımdır. 

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda o da qeyd olunur ki, Apple-ın yavaşıdılan hər iPhone-a görə, 25 dollar ödəmə edəcəyi gözlənilir. Bu isə minimum 310 milyon dollar cərimə deməkdir. Amma telefon sayından asılı olaraq bu rəqəm 500 milyon dollar və daha çox ola bilər. 

Ted.az