Mətn mesajları hələ 90-ci illərin sonlarından etibarən aktual idi. Insanlar kommunikasiyanın bu növündən əlaqə saxlamaq, zəruri məlumatları bir-birinə ötürmək və s. üçün istifadə edirlər.
Amma mətn mesajları ilə bağlı müəyyən çətinliklər yaşanmaqdadır. Çünki, bəzi vəziyyətlərdə, məsələn telefon səssiz rejmdə olanda biz vacib məlumatı anında əldə edə bilmirik. Apple şirkəti də bu problemi dərindən düşünüb və əla bir həll yolu tapıb.
Şirkət artıq bu ideyanı potentləşdirib. Yeni ideyaya əsasən artıq mətn mesajları konteksə uyğun göndəriləcək. Yəni siz göndərdiyiniz mesajları qrafikə uyğun tənzimləyə biləcəksiniz. Bu applikasiyalar hava şəraitindən, zamandan və yerdən asılı olaraq göndərilən mesajı tənzimləyəcək. Yeniliyin əsas xüsusiyyəti ondan ibarətdir ki, telefonunzdakı mesaj applikasiyası ilə digər applikasiyalar arasında ( məs: hava, təqvim və s.) əlaqə olacaq.
Bununla yanaşı siz telefonunuza müəyyən əmrləri verəcəksiniz. Məsələn müvafiq düymələri istifadə etməklə, telefonunuz mesajınızın, qarşı tərəf yuxudan oyandıqdan sonra, mağazaya çatandan sonra və s. zamanlarda çatmasını təmin edəcək. Yəni siz onun mesajı oxumaq iqtidarında olduğuna əmin olacaqsınız.
Və ya əgər yağış yağırsa lakin siz dotunuzla görüşmək istəyirsinizsə, telefonunuza göstəriş verməklə, dostunuza tezliklə yağışın kəsəcəyi ilə bağlı məlumatı ötürə bilərsiniz. Yəni bütün bu funksiyaları telefonunuz sizin nəzarətniz altında özü yerinə yetirəcək.