Tamara Mustafayeva, Banco.az
Apple firmasının hazırda çox məşhur olan "Mac" kompüterlərinin adını götürdüyü keçmiş "Macintosh" kompüterlərinin üzərindəki loqodan yəqin ki, çoxumuz xəbərdarıq. Bilməyənlər isə heç narahat olmasın, çünki göyqurşağının rənglərini əks etdirən loqoya bu günlərdə tez-tez rast gələcəklər.
Məlum olduğu kimi, Apple firması istifadəçilərin məmnunluğunu artırmaq üçün məhsullarını müntəzəm olaraq təkmilləşdirir və müasirliyi ön planda saxlayır. Şirkət bu yaxınlarda da yeddi müxtəlif rəngdə bazara çıxarılacaq iMac seriyasını təqdim edib. Təbii ki, bu zaman diqqətlərdən yayınmayan bir məqam olub.
Şirkətin yayımladığı yeni reklam filmində keçmiş Macintosh göyqurşağı loqosu bir qədər fərqli dizaynla yenidən qarşımıza çıxır. Bu vaxta qədərki ən məşhur loqolardan biri hesab edilən göyqurşağı loqosu Apple istifadəçilərinin də bəyənisini toplayıb.
Təbii ki, 1975-ci ildəki loqoya nəzərən yeni versiyada bəzi dəyişikliklərə yer verilib. Belə ki, 1975-ci ildə istifadə edilən parlaq və canlı kölgələrin əvəzinə hazırda daha tünd və tutqun kölgələr istifadə edilib. Yaşıl, narıncı və mavi kölgələr isə arxa planda saxlanılıb.
Qeyd edək ki, sözügedən loqoda istifadə edilən yeni rənglər iMac seriyasının rənglərinə istinad edir.
Bizi sosial şəbəkələrdən izləyin!!