"Apple" firması "Apple GPT"ni sınaqdan keçirməyə başlayıb | Banco.az

"Apple" firması "Apple GPT"ni sınaqdan keçirməyə başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Texnologiya şirkətləri arasında davam edən süni intellekt rəqabətində gözlər ABŞ-ın texnologiya nəhəngi “Apple”a çevrilib.

Banco.az xəbər verir ki, “OpenAI”nin ChatGPT, “Google”un Bard və “Microsoft”un Bing AI-ni təqdim etməsindən sonra “Apple” da bu texnologiya ilə bağlı araşdırma aparmaqda rəqiblərindən geri qalmayıb və özünün süni intellekt aləti olan Apple GPT-ni sınaqdan keçirməyə başlayıb.

Belə ki, texnologiya nəhənginin bəzi mühəndisləri "Apple GPT" adlandırdıqları çatbot yaradıblar. Bildirilir ki, “Apple” böyük dil modelləri yaratmaq üçün “Ajax” kod adlı öz çərçivəsini yaradıb.

Qeyd edək ki, Apple GPT hazırda yalnız müəyyən auditoriya ilə sınaqdan keçirilir. Bununla belə, texnologiya nəhəngi sınaqdan keçməsinə baxmayaraq, yaratdığı çatbotu qısa müddətdə təqdim etməyi planlaşdırmır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et