AMB: "Xaricdən pul köçürmələrində əsas ölkə hələ də Rusiyadır" | Banco.az

AMB: "Xaricdən pul köçürmələrində əsas ölkə hələ də Rusiyadır"

Azərbaycana xaricdən köçürülən pulların böyük hissəsi hələ də Rusiyanın payına düşür.

Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

"Bununla belə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ölkədən daxil olan pul baratlarının ümumi məbləğində azalma var. Bu da Ukrayna ilə müharibəyə görədir", - deyə o qeyd edib.

"I rübdə ilk 5-liyə Rusiya (155 milyon ABŞ dolları), Türkiyə (39 milyon ABŞ dolları), ABŞ (14 milyon ABŞ dolları), Gürcüstan (9 milyon ABŞ dolları) və Böyük Britaniya (8 milyon ABŞ dolları) daxil olub", - deyə AMB rəsmisi əlavə edib.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et