Amazon-a YENİ RƏQİB: elektron yoxsa ənənəvi alış-veriş? | Banco.az

Amazon-a YENİ RƏQİB: elektron yoxsa ənənəvi alış-veriş?

Inditex, dünyaca səkkiz markanı (Zara, Pull&Bear, Massimo Dutti, Bershka, Stradivarius, Oysho, Zara Home and Uterqüe) özündə birləşdirən geyim istehsalçısıdır. Inditex öz növbəsində ispan milyader Amansio Ortaqiyə məxsusdur. Zara markası da bu Inditex-in bir nümunəsidir. Son dövrlər Ortaqi də öz markalarını daha çox müştəriyə çatdırmaq üçün texnoloji vasitələrdən istifadə etməyə başlayıb. Buna misal olaraq Zaranın Londondakı mağazasını göstərmək olar. Beləki, müştərilər öz smartfon telefonlarını mağazanın vitrininə tutmaqla yeni kolleksiya ilə tanış ola biləcəklər. Mağazanın çıxışında isə müştəriyə onun internet sifarişlərini çatdıracaq robot xidmət edəcək. Həmçinin mağazada fəaliyyət göstərəcək köməkçi(assistent) şəxslər iPad vasitəsilə uyğun ölçünü tapmaqda yardımçı olacaqlar. Bundan əlavə müştərilər heç kimin köməyi olmadan da azad şəkildə seçim edə biləcəklər. Bunun üçün onlar mağazanın ikinci mərtəbəsindən alış-veriş edə biləcəklər. Təbii ki, burda lazım olan əsas şey mobil telefon və kredit kartı olacaq. Hər bir əşya xüsusi etiketlə təmin olunacaq, bu isə alış-verişi daha da asanlaşdıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Inditex-in əsas məqsədi elektron və ənənəvi alış-veriş arasındakı fərqi aradan qaldırmaqdır. Bu mövzuda şirkət Amazonla uğurlu rəqabət aparır. Bu isə öz növbəsində öz təsirini göstərir. Məhz bunun nəticəsi olaraq şirkətin elektron alış-veriş xidməti keçən il 41% artım göstərmişdi. Amma şirkət bununla kifayətlənmək niyyətində deyil. Elektron alış-verişi daha da irəli aparmaq üçün şirkət Microsoft və texnoloji startaplarla əməkdaşlıq edir. Şirkət bu baxımdan investisiyalarını artırmaq niyyətindədir. Yaxın gələcəkdə şirkət 150 milyon dollar bu sahəyə yatırmaq niyyətindədir.

Nəcibə Yusifova, banco.az