Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin 8 ayında Azərbaycanın İsveçrəyə qeyri-neft məhsullarının ixracı illik müqayisədə 13 milyon 897 min dollar və ya 16.1% artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat ayları ərzində İsveçrəyə qeyri-neft ixracının dəyəri 100 milyon 266 min dollar təşkil edib.
Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 86 milyon 369 min dollar olub.
Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (752,1 milyon dollar).
Bizi sosial şəbəkələrdən izləyin!!