Almaniya kansleri Şolz: Yarımkeçiricilər XXI əsrin neftidir | Banco.az

Almaniya kansleri Şolz: Yarımkeçiricilər XXI əsrin neftidir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya kansleri Şolz: Yarımkeçiricilər XXI əsrin neftidir.

Banco.az xəbər verir ki, Almaniya kansleri Şolz "Tayvan Yarımkeçirici İstehsalat Şirkəti" (TSMC), "Bosch", "Infineon" və "NXP"nin birgə müəssisəsi olan "Avropa Yarımkeçirici İstehsal Şirkəti" (ESMC) tərəfindən Almaniyanın şərqindəki Drezden şəhərində qurulacaq çip istehsalı müəssisəsinin təməlqoyma mərasimində çıxış edib.

Almaniyada və Avropanın digər yerlərində yarımkeçiricilər sənayesinə sərmayə qoymağın vacibliyini vurğulayan Baş nazir, "Yarımkeçiricilər 21-ci əsrin yanacağı, yağıdır", ifadələrindən istifadə edib.

O, Almaniyanın iddialı hədəflərinin olduğunu bildirərək, "Biz aparıcı sənaye ölkəsi olaraq qalmaq istəyirik. Biz həmçinin 2030-cu ilə qədər enerjimizin 80 faizini bərpa olunan mənbələrdən əldə etmək yolunda addımlayırı", deyə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Baş nazir Avropa İttifaqı (Aİ) Komissiyasının 2030-cu ilə qədər qlobal yarımkeçirici istehsalının beşdə birinin Avropada həyata keçirilməsini hədəflədiyinə diqqət çəkərək Almaniyanın bu planı dəstəklədiyini xüsusi vurğulayıb.

Qeyd edək ki, Almaniya hökuməti yeni çip istehsalı müəssisəsinin yaradılmasına 5 milyard avroluq dövlət dəstəyi verəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et