Airbus yeni uçan taksisini təqdim etdi | Banco.az

Airbus yeni uçan taksisini təqdim etdi

Tamara Mustafayeva, Banco.az

CityAirbus Airbus şirkətinin vertolyot bölməsi tərəfindən istehsal edilən və şəhərdaxili sərnişin daşınmalarında uçan taksilərdən istifadəyə əsaslanan yeni bir dövrün başlanmasını hədəfləyən elektrikli şaquli qalxış və eniş (eVTOL) edə bilən hava vasitəsidir. Olduqca futuristik görünüşə malik olan bu vasitə saatda 75 mil (121 km) sürətlə 60 millik (96 km) məsafə üzrə dörd sərnişin daşıya bilir. Airbus şirkəti ilk dəfə 20 iyul tarixində tanınmış siyasətçinin Almaniyanın Bavariya vilayətinə təşkil edilən səfəri əsnasında eVTOL-u ictimaiyyətə təqdim edib.

Elektrik təyyarəsi olan CityAirbus Airbus şirkətinin "uçan taksi" hədəflərinin bir hissəsi kimi vertolyot bölməsi tərəfindən istehsal edilir. Xatırladaq ki, məsafədən idarə edilən bu vasitə ilk müstəqil uçuş təcrübəsini ötən ilin dekabr ayında reallaşdırsa da, ictimaiyyətə və mətbuata rəsmi təqdimatı Bavariya vilayətinin baş naziri Markus Söderin ziyarəti əsnasında baş tutub.

Qeyd edək ki, Airbus şirkəti uçan taksilərin kütləvi xarakter daşıması məqsədilə 2016-cı ildə eVTOL-u hazırlamağa başlamışdı. Ancaq CityAirbus kimi uçan taksilər şirkətin istehsal etdiyi vertolyotları əvəzləyə bilməyəcək, çünki eVTOL təkcə şəhərdaxili qısa məsafələrə uçma potensialına malikdir.

Elmi-fantastika filmlərində izlədiyimiz hava vasitələrinə bənzəyən və dörd kanallı təzyiq paneli, səkkiz mühərrik və səkiz pərvanəyə sahib olan bu elektrik təyyarəsi 60 millik məsafədə təqribən 15 dəqiqə uça bilir. Əsas üstünlüyü isə birbaşa marşrut xətti üzrə və tıxaca məruz qalmadan səyahət imkanı yaratmasıdır. Məhdud məsafəni artırmaq üçün də daha təkmilləşdirilmiş və enerji doldurulması müddətini azaldan batareya texnologiyası tətbiq edilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Qeyri-adi REKORDLARA imza atan şirkətlər

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram