Müəllif - Fərid İslamov, Banco.az
Adidas üçüncü rübün nəticələrini açıqlayıb
Almaniyanın idman malları istehsalçısı Adidas, bu ilin üçüncü rübünün nəticələrini təqdim edib. Üçüncü rübdə şirkətin gəlirlərinin valyuta məzənnələri nəzərə alınmadan 4% artdığı bildirilir.
Eyni zamanda, xalis mənfəət ötənilki 960 milyon avroya (səhm üçün 4,94 avro) qarşı 347 milyon avroya (səhm üçün 1,91 avro) düşüb. Rüblük xalis əməliyyat gəliri bir il əvvəl 479 milyon avro olan rəqəmdən 66 milyon avroya düşüb. Şirkət qeyd edib ki, bu ilin birinci rübünün sonunda Rusiyada fəaliyyətini dayandırmaq gəlirlərin azalması ilə nəticələnib. Bundan əlavə, şirkət mənfi amillər kimi Qərbi Avropada istehlak tələbinin azalması və Çində davam edən biznes problemlərini göstərib.
İl üçün Adidas 20 oktyabrda elan etdiyi 500 milyon avro hədəfindən aşağı, təxminən 250 milyon avro (251,56 milyon dollar) xalis gəlir proqnozlaşdırır. Şirkət proqnozun aşağı salınmasını Kanye West-in Yeezy şirkəti ilə tərəfdaşlığa son qoymaq qərarı ilə əlaqələndirib. Əməkdaşlığın sona çatdığı oktyabrın 25-də musiqiçinin sosial şəbəkələrdə bir sıra təhqiramiz və antisemitizm ifadələri və müsahibələrindən sonra elan edilib.