AccessBank “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına dəstək olub | Banco.az

AccessBank “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına dəstək olub

Azərbaycanın aparıcı maliyyə institutu olan Accessbank, korporativ sosial məsuliyyət tədbirləri, həmçinin dünya üzrə qeyd edilən Daxili Audit Ayı çərçivəsində ətraf mühiti sağlamlaşdırmaq və ekoloji davamlılığa töhfə vermək məqsədilə ağacəkmə aksiyasına qoşulub.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AccessBank-ın dəstəyi ilə Bakı Limanı və Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsinin (IIA Azerbaijan Chapter) üzvlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Bakı Limanı ərazisində 170 ədəd zeytun və şam ağacı əkilib.

Həyata keçirilən ağacəkmə aksiyası Accessbank-ın ətraf mühitə tullantıları azaltmaq, ekoloji davamlılığı dəstəkləmək və sağlam ətraf mühit sahəsində həyata keçirdiyi korporativ sosial məsuliyyət tədbirlərinin tərkib hissəsidir. Accessbank hazırda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində fəal işləyir və müxtəlif ekoloji layihələri dəstəkləyir, müştəriləri və tərəfdaşları bu mühüm təşəbbüslərdə iştirak etməyə dəvət edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 20-u bölgələrdə olmaqla, 34 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Ən sərfəli kredit üçün müraciət et

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Ən sərfəli krediti almaq üçün müraciət et