Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin birinci rübündə ABŞ-nin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 32 milyon 225 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,7% və ya 6 milyon dollar azdır.
Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında ABŞ-nin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 38 milyon 229 min dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!