ABŞ-ın baş prokuroru çərşənbə axşamı verdiyi açıqlamada hökumətin kriptovalyutalarla bağlı geniş bir strategiya hazırladığını bildirib.
Kibercinayətkarlıqla mübarizə
Maliyyə Xidmətlərinin bahar konfransında sual-cavab sessiyasında Rod Rosenşteynə kriptovalyutalar və kriptoqrafik cinayətlər barədə suallar verilib. O, ötən həftə Ədliyyə Nazirliyi tərəfindən üstü açılan yeni bir kibercinayətkar komandadan danışıb. Həmin qrupun exnologiya ilə bağlı olan cinayətlər ətrafında bir strategiya üsulu hazırlayacağını qeyd edib.
“Belə halların əksəriyyəti ənənəvi maliyyə sisteminə aid olmayan Bitcoin və digər kriptovalyutaları əhatə edir”.
Bu xüsusi tapşırıq qrupuna müxtəlif hüquq-mühafizə və qanunvericilik orqanlarından əməkdaşlar daxildir. FTB, ABŞ Federal Hüquq-mühafizə və Narkotiklə Mübarizə İdarəsi də bu qəbildəndir.
Rosenşteyn eyni zamanda kriptovalyutaların tamamilə anonim olmaqdan daha çox qondarma ləqəbli olduğunu söyləyib.
O, bunları da vurğulayıb:
“Bilirik ki, cinayətkarlığın qarşısını almaq üçün bir sıra yollar var. Ümumiyyətlə, proses yalnız kiber fəaliyyətlə əlaqəli deyil. İnsanlar kriptovalyutalarla məşğul olarkən onları fiziki valyutaya çevirmək istəyəcəklər, beləliklə, bu əməliyyatların izlənilməsinin başqa bir yolu olacaq”.
Rosenşteyn Ədliyyə Nazirliyinin səylərinin ən əhəmiyyətli nöqtəsinin federal səlahiyyətlilərin texnologiyanın necə işlədiyini anlamaları və bu cür rəqəmsal izlərin necə idarə ediləcəyini aydınlaşdırmaq olduğunu qeyd edib.
“Hüquq-mühafizə orqanları ilə yaşadığımız ən böyük problemlərdən biri əməkdaşlarımızın peşəkar olduğundan əmin olmaqdır. Bu, xüsusilə çətinlik yaradır. Prpkurorlarımız və təmsilçilərimiz kifayət qədər bilik və təcrübəyə sahib olmalıdırlar”.
O, sözlərini belə bitirib:
“Çünki cinayətkarlar həmişə bizdən bir addım öndə olacaqlar”.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.