ABŞ-ın neft ehtiyatları həftə ərzində 10,2 milyon barel artıb | Banco.az

ABŞ-ın neft ehtiyatları həftə ərzində 10,2 milyon barel artıb

Müəllif - Fərid İslamov/Banco.az

ABŞ-ın neft ehtiyatları həftə ərzində 10,2 milyon barel artıb.

Banco.az-ın məlumatına görə ABŞ-ın kommersiya neft ehtiyatları oktyabrın 6-da bitən həftədə 10,18 milyon barel artıb. Bu arada benzin ehtiyatları 1,31 milyon barel, distillat  ehtiyatları isə 1,84 milyon barel azalıb. Ekspertlər orta hesabla neft ehtiyatlarının 492 min barel artacağını, benzin ehtiyatlarının 800 min barrel azalacağını, distillat ehtiyatlarının isə 802 min barrel azalacağını proqnozlaşdırıblar.

Ən sərfəli kredit üçün müraciət et

NYMEX-də ticarət edilən neftin saxlandığı Cushing terminalındakı ehtiyatlar, bir həftə əvvəl 132 min barel artdıqdan sonra həftə ərzində 319 min barrel azalıb.