Tamara Mustafayeva, Banco.az
ABŞ-ın ən varlı insanlarının adını müəyyən edən "Forbes 400" siyahısı yayımlanıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, dünyanın 5-ci, Amerikanın isə 4-cü ən varlı insanı olan Bill Qeyts 1991-ci ildən bəri ilk dəfə "Forbes 400" siyahısının ilk iki pilləsində yer almayıb.
Təsisçisi olduğu "Microsoft" şirkətinin 45%-lik səhmlərinə sahib olduğu bir vaxtda, 1986-cı ildə səhmləri birjada satışa çıxaran Qeyts bir il sonra 31 yaşında 1.25 milyard dollar dəyərindəki sərvətilə dünyanın ən gənc milyarderi olmuşdu. Şirkətin dəyər qazanması ilə 1991-ci ildə ABŞ-ın 2-ci ən varlı insanı olaraq sərvətini 4.8 milyard dollara çatdırmışdı.
1992-ci ildə 6.3 milyard dollarlıq sərvətlə sözügedən siyahının birinci pilləsində qərarlaşan tanınmış milyarder 2018-ci ildə "Amazon"un təsisçisi Ceff Bezosun bu ünvanı ondan almasına qədər müntəzəm olaraq ilk pillənin sahibi olmuşdur.
Gəlin Bill Qeytsin 30 ildən sonra ilk iki sırada qərarlaşa bilmədiyi "Forbes 400" siyahısının "TOP-10"luğu ilə tanış olaq:
Maykl Blumberq: 70 MİLYARD DOLLAR
Bloomberg L.P (Maliyyə xidmətləri, mətbuat, teknologiya)
Stiv Balmer: 96.5 MİLYARD DOLLAR
Microsoft
Vorren Baffett: 102 MİLYARD DOLLAR
Berkshire Hathaway (İnvestisiya)
Larry Ellison: 117.3 MİLYARD DOLLAR
Oracle (Kompüter texnologiyası)
Sergey Brin: 118.5 MİLYARD DOLLAR
Larri Peyc: 123 MİLYARD DOLLAR
Bill Qeyts: 134 MİLYARD DOLLAR
Microsoft, Cascade Investment (İnvestisiya)
Mark Zuckerberg: 134.5 MİLYARD DOLLAR
Facebook (WhatsApp, Instagram)
İlon Mask: 190.5 MİLYARD DOLLAR
Tesla, SpaceX
Ceff Bezos: 201 MİLYARD DOLLAR
Amazon, Blue Origin
Bizi sosial şəbəkələrdən izləyin!!