Müəllif: Tamara Mustafayeva, Banco.az
May ayında Amerika əhalisinin şəxsi istehlak xərcləri proqnozları doğrultmayıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi may ayı üzrə şəxsi gəlir və istehlak xərcləri məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, ölkədə şəxsi gəlirlər may ayında əvvəlki ayla müqayisədə 0,4 faiz artıb. Ekspertlər 0,3 faiz artım gözləyirdilər. Apreldə amerikalıların şəxsi gəlirlərində artım 0,3 faiz qeydə alınmışdı.
Şəxsi istehlak xərcləri isə may ayında aylıq 0,1 faiz artaraq gözləniləndən az olub. Apreldə 0.6 faiz hesablanan bu göstərici
üçün proqnozlar 0.2 faiz artım idi.
Bizi sosial şəbəkələrdən izləyin!!