ABŞ büdcəsində 244 milyard dollar kəsir yaranıb | Banco.az

ABŞ büdcəsində 244 milyard dollar kəsir yaranıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da federal hökumətin büdcə kəsiri iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə 10 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin iyul ayı üzrə büdcə balansı hesabatı dərc olunub.

Hesabata görə, 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabr 2024-cü ildə başa çatacaq 2024-cü maliyyə ilinin iyul ayında federal hökumətin büdcə kəsiri 244 milyard dollar hesablanıb.

Federal hökumətin 2023-cü ilin eyni ayında 221 milyard dollar büdcə kəsiri var idi. Bu da o deməkdir ki, ötən ilin eyni ayı ilə müqayisədə büdcə kəsirində 10 faiz artım qeydə alınıb.

Büdcə balansı ilə bağlı bazar proqnozu bu dövrdə büdcənin 254,3 milyard dollar kəsir verəcəyini göstərirdi. 

İyulda hökumətin gəlirləri ötən ilin eyni ayına görə 20 faiz artaraq 330 milyard dollara çatarkən, xərcləri isə 16 faiz artaraq 574 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

2024-cü maliyyə ilinin 10-cu ayına olan məlumata görə, ölkədə cəmi büdcə kəsiri isə ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq 1,5 trilyon dollar qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et