3 milyard maantlıq 345 layihə üzrə investisiya təşviqi sənədi verilib | Banco.az

3 milyard maantlıq 345 layihə üzrə investisiya təşviqi sənədi verilib

Bu günədək İqtisadiyyat Nazirliyi tərəfindən 345 layihə üzrə investisiya təşviqi sənədi (İTS) verilib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

“İndiyədək 345 layihə üzrə investisiya təşviqi sənədi verilib. Bu layihələrə ümumi investisiya qoyuluşları 3 mlrd. manat məbləğində qiymətləndirilir, onların həyata keçirilməsi nəticəsində 22 min yeni iş yerinin açılması planlaşdırılır”, - deyə o, bu gün Bakıda keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” adlı forumda bildirib.

İTS sahibkarlara müxtəlif vergi və gömrük güzəştləri əldə etmək imkanı verir.

Ən sərfəli kredit üçün müraciət et

Prezident İlham Əliyev 2016-cı il yanvarın 18-də “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Dövlət başçısı, həmçinin “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nı da təsdiq edib.

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara verilən sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Bu güzəştlərə aiddir: mənfəət və ya gəlir vergisinin 50%-dən 7 il müddətinə azadolma; torpaq və əmlak vergisindən 7 il müddətinə tam azadolma; xaricdən idxal edilən texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən 7 il müddətinə tam azadolma.

İnterfaks-Azərbaycan