Bir neçə aydan sonra yola salacağımız 2024-cü ildə qlobal qeyri-müəyyənliklərə baxmayaraq, bir neçə inkişaf etməkdə olan ölkə iqtisadi artım nümayiş etdirib.
Banco.az bu ölkələr haqqında məlumatı təqdim edir:
- Hindistan – 6,7%-lik artım ilə iqtisadiyyatında dayanıqlılığı hökumətin infrastruktur layihələri və özəl sektorun fəallığı ilə dəstəklənir. Orta təbəqənin genişlənməsi və qlobal dəyər zəncirlərinə daha çox inteqrasiya da bu artımı sürətləndirir.
- Filippin –Remittansların (xaricdə yaşayanların göndərdiyi vəsait) həcminin artması və dövlət investisiyaları ölkə iqtisadiyyatına müsbət təsir edir. İstehlak bərpa olunsa da, yüksək faiz dərəcələri risk olaraq qalır. Flippin üçün inkişaf həddi 6% civarındadır.
- Vyetnam – 5,8%-lik artımla fərqlənir. Xarici investisiyalar və ixrac yönümlü istehsalat ölkənin inkişafında əsas rol oynayır. Çin bazarından asılılığın azaldılması prosesinə qoşulsa da, xarici bazar dəyişikliklərinə qarşı həssasdır.
- İndoneziya – Burada iqtisadi artım 5% səviyyəsində sabitləşib. Daxili istehlak və dövlət investisiyaları bu artımı dəstəkləyir. Elektronika sənayesinə artan qlobal tələbat da ölkəyə əlavə imkanlar yaradır.
- Çin – 5,2%-lik artım proqnozu ilə nisbətən yavaşlasa da, dövlət xərcləri və sənaye istehsalı ilə irəliləyir. Lakin daşınmaz əmlak bazarındakı problemlər və məhdudlaşdırılmış istehlak xərcləri iqtisadiyyata təzyiq göstərir.