Müəllif:Mehin Qasımova/Banco.az
Dünya 2024-cü ilə qədəm qoymağa hazırlaşır. Bəs 2024-cü ildə dünya əhalisi nə qədər olacaq?
Banco.az xəbər verir ki, Birləşmiş Ştatların Siyahıyaalma Bürosu dünya əhalisinin 2023-cü ildə 75 milyon artacağını və 2024-cü il yanvarın 1-də 8 milyarda çatacağını açıqlayıb.
Məlumata görə, 2023 -cü ildə dünyada 1 faiz artımla saniyədə 4,3 doğum və 2 ölüm olacağı proqnozlaşdırılırdı.
2024-cü ildə dünyada əhali sayı 72-73 milyon nəfər artacaq.
Artım aşağı inkişaf səviyyəsinə malik ölkələr hesabına baş verəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!