Standard &Poor’s növbəti dəfə PAŞA Bankın yüksək reytinqini təsdiq edib | Banco.az

Standard &Poor’s növbəti dəfə PAŞA Bankın yüksək reytinqini təsdiq edib

Standard &Poor's beynəlxalq reytinq agentliyi növbəti dəfə Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın reytinqini yüksək səviyyədə təsdiq edib. Belə ki, emitentin defoltunun uzunmüddətli reytinqi ("EDR") «ВВ-» səviyyəsində, qısamüddətli EDR isə "B" səviyyəsində təsdiq olunub. Bu, Azərbaycanın 100% yerli kapitallı özəl bankları arasında ən yüksək reytinqlərdən biridir.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, Standard &Poor's-un ölkə reytinqini dəyişməz saxlaması fonunda Bankın reytinqinin təsdiq olunması bizim üçün gözlənilən bir nəticə idi.  

«Maliyyə bazarında carı vəziyyəti nəzərə alaraq bu Bankımız üçün çox böyük bir nailiyyətdir. Reytinqimizin təsdiq olunması Banka regional maliyyə institutu kimi göstərilən etimadın göstəricisidir. 10 il bundan əvvəl qurulduğunda PAŞA Bankın qarşısına qoyduğu əsas məqsəd özəl qeyri-neft sektorunda inkişaf etmək olmuşdur və Bankın strategiyaları bu məqsəd ətrafında qurulmuşdur. Uzunmüddətli, dayanıqlı inkişafı hədəf alan Bank öz korporativ və risk idarəetməsinə, insan kapitalına və İT infrastrukturuna böyük sərmayələr yatırmışdır. Standard &Poor's-un çağırışlarla dolu bir zamanda PAŞA Bankın reytinqini eyni səviyyədə saxlaması strategiyamızın düzgün və uğurlu olduğunun bir daha sübut edir», - deyə T. Kazımov bildirdi.

Qeyd edək ki, Standard &Poor's öz hesabatında PAŞA Bankın Azərbaycanın bank sektoru üçün yüksək əhəmiyyət kəsb etdiyini qeyd edir və bankın biznes mövqeyinin qiymətləndirilməsində Bankın korporativ müştərilərə göstərilən xidmətlər seqmentində böyük bazar payını, həmçinin təcrübəli idarəetmə komandasına malik olduğunu nəzərə alır.

PAŞA Bank

Ən sərfəli kredit üçün müraciət et

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: [email protected]

Bank haqqında:

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri.Baş ofis və6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 450çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan"adınalayiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir.

www.pashabank.az