Rabitəbank ASC ölkənin digər dörd bankı ilə ATM - şəbəkəsini birləşdirdi. Müştəri məmnuniyyətini daim üstün tutan Rabitəbank kart istifadəçiləri üçün çox sərfəli və rahat şərtlərlə vəsaitlərini Rabitəbank daxil olmaqla 5 bankın ATM şəbəkəsi vasitəsi ilə nağdlaşdırmağa imkan yaradır. İndi Rabitəbankın genişlənmiş ATM şəbəkəsinə Bank Respublika, CDB (Caspian Development Bank), Muğan Bank və Turan Bank-ın ATM-ləridə daxildir.
Beləliklə, 5 bankın ATM şəbəkəsinda ümümilikdə ATM-lətin sayı 192-yə çataraq, Bakı şəhəri üzrə 131, bölgələr üzrə isə 61 bankomat təşkil edir. Rabitəbank ASC-nin bütün kart istifadəçiləri Bank Respublika, CDB, Muğan Bank və Turan Bank-ın ATM şəbəkələrindən nağd vəsaiti güzəştli 1% komissiya ilə nağdlaşdıra bilərlər .
Rabitəbank, Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərən universal bankdır. 24 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, böyük sayda müştəriləri banka cəlb etməkləvə beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq quraraq bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır. Bankın xidmət şəbəkəsi ölkənin 15 reqionunu əhatə edən 22 filial və bir şöbədən ibarətdir.