NBCBank kredit ödənişlərində çətinliklə üzləşən müştərilər üçün güzəştlərin tətbiq edilməsini həyata keçirir. Bu əsasla da aşağıdakı güzəştlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Xarici valyutada olan kreditlər üçün:
- Kredit faizlərinə 3% endirim tətbiq olunur (müştərinin gecikmədən çıxarılması şərtilə).
- 2016-ci ilin sonuna qədər cərimə faizinin hesablanması dayandırılır.
- Kreditlərin tam ödənildiyi zaman, hesablanmış kredit faizinə 50%, cərimə faizi isə 100% güzəşt olunur və yerdə qalan məbləğ Mərkəzi Bankın kursu ilə qəbul olunur.
- Verilmiş kreditlərdə ödənişlər olduğu zaman silinmə qrafikə düşənə qədər əsas və faiz ardıcıllığı ilə aparılır, qrafikə düşdüyü təqdirdə yerdə qalan cərimə faizlər tam ləğv olunur.
- Kreditlərin müddətinin uzadılmasına və digər güzəştlərin tətbiqində bütün xidmət haqları ləğv olunur.
- Avtomobil kreditlərində müddətin uzadılması həyata keçirildiyi zaman, uzadılmaya görə girovun sığortalanması tələb olunmur.
Milli valyutada olan kreditlər üçün:
- 2016-ci ilin sonuna qədər milli valyutada olan bütün kreditlərə cərimə faizi 1%-dən 0.3%-ə endirilir.
- Verilmiş kreditlərdə tam ödəniş olduğu zaman hesablanmış cərimə faizləri tam ləğv olunur.
Qeyd: Müştərilər bu güzəştlərdən faydalanmaq üçün kredit götürdükləri Bank filiallarına yaxınlaşmaları xahiş olunur.
932