6 may tarixində dövlət və özəl biznes sahələrindən 15 spikerin çıxışı gözlənilir.
Bakı şəhərində 15 yerli və xarici spikerin iştirakı ilə keçiriləcək Maliyyə və İnvestisiya Forumuna (FİF2017) artıq sayılı günlər qalır. Forumun təşkilat komandasından əldə etdiyimiz məlumata görə artıq hazırlıq işləri demək olar ki, yekunlaşıb. Eyni zamanda günümüzün iqtisadi reallıqlarına uyğun aktual mövzularla çıxış edəcək spikerlər də tam dəqiqləşib. Çıxış edəcək spikerlərin siyahısı aşağıdakı kimidir.
Vüsal Qasımlı – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı Direktoru
Niyazi Abbasov – Gilan Holdinq
OrhanAyanlar – MEDİTERRA / CFA
Abdulla İsayev – Bakı Fond Birjası
İntiqam Səfərəliyev – AzFinans İnvestisiyaŞirkəti
Orxan İsmayılov – MaliyyəBazarlarınaNəzarətPalatası
Vüqar Əliyev – KPMG Azərbaycan
Fuad Kərimov – Gilan Holdinq
Fərid Musayev – PMD Group
UğurÇağlar–AzərbaycanSənayeSığorta
Orxan Bağırov – İnvestAzİnvestisiyaŞirkəti
Emin İsmayılov – AzersunHoldinq
Arif Quliyev – PricewaterhouseCoopers audit şirkəti
Azad İsmayılov – Paşa İnşaat
Rəşad Məmmədov – Azərbaycan Sənaye Sığorta
Nicat İmanov – Azərbaycan Respublikasi Vergilər Nazirliyi
Qeyd edək ki, FİF2017-nin keçirilməsində əsas məqsəd maliyyə və vergi maarifləndirilməsidir. Forumda dövlət və özəl biznes subyektlərindən 15 yerli və xarici spiker çıxış edəcək. Forum 06 may 2017-ci il tarixində bütöv gün olmaqla keçiriləcək. 1 gün ərzində 3 panel, hər paneldə 1 moderator və 3 spiker, toplam 12 spikerin olması nəzərdə tutulur. Panellərin biri “Maliyyə Bazarları və İnkişaf Perspektivləri”, 2-cisi “Maliyyələşmə Strategiyaları”, 3-cü isə “Vergi Siyasəti və Şəffaf Hesabatlılıq”dır.
Maliyyə və İnvestisiya Forumu Gilan Holdinqin Baş Sponsorluğu, Azər Türk Bank, AzFinans və ADDA Project sponsorluğu, həmçinin New Media, LEDAZ, Webpage.az, Asan Radio, Asan Könüllüləri, RMM Group, AzerÇay, Bazarstore, Synergy Partnership, Köşem, AHK – Alman Azərbaycan Xarici Ticarət Palatasının dəstəyi ilə keçirilir. Forumun media partnyorları Banker.az, Fins.az, banco.az, unvan.az, Marja.az xəbər portallarıdır.
FİF2017 Facemark.az marketinq portalı, ADMEDİA media agentliyi və Fİl Rəqəmsal Marketinq Agentliyi tərəfindən təşkil edilib.
Forumda iştirak etmək və daha ətraflı məlumat üçün www.fif.az rəsmi veb saytı və https://www.facebook.com/fifazerbaijan facebook səhifəsindən məlumat almaq olar.