“FINCA Azerbaijan” Baş ofis və filiallarında istifadə olunan müxtəlif növ mebellər üçün tender elan edir. Elanın sonuna əlavə edilmiş linkdən tenderdə qiymət təklifi istənilən materialların adlarının, nümunələrinın və digər məlumatların göstərildiyi sənədi yükləyə bilərsiniz.
Xahiş edirik, qiymət təklifinizi 23 İyul 2013-cu il, saat 17-30-a kimi bağlı və surquclu zərfdə (surquc olmadığı təqdirdə zərfin bağlanan hissəsini möhürləyin) “FINCA Azerbaijan”ın Baş Ofisinə təqdim edəsiniz.
Ünvan: Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza 3, 8-ci mərtəbə
Təklifinizdəki qiymətlərdə verginin hesablanması və hansı növ vergi ödəyicisi olduğunuz barədə məlumatı da qeyd edin. Yuxarıda göstərilən tarix və saatdan sonra təqdim edilmiş təkliflər qəbul edilməyəcəkdir.
Əlavə olaraq sizdən təchiz olunacaq malların sifariş verildikdən sonra hansı müddətdə təmin olunacağı, rayonlara çatdırılmanın və yığılması, əlavə maliyyəti (yoxdursa qeyd edin), firmanızın hüquqi sənədlərinin surətinin (vergi qeydiyyat şəhadətnaməsi, nizamnamə və s.) də təqdim olunması tələb olunur. Təqdimat vaxtı 25.07.2013 tarixinə nəzərdə tutulub. Mebel nümunələri ilə Baş ofis və Mərkəz filialına səfər etməklə yaxından tanış olmaq olar. Qalib aşağıda qeyd olunan şərtlər əsasında seçiləcək:
- qiymətlərin aşağı olması, emalatxananın işlək vəziyyəti, işçi heyəti, təcrübə, əvvəkli fəaliyyət, maliyyə vəziyyəti
Tenderdə qalib olan təchizatçı firma 6 avqust 2013-cü il tarixinə qədər “FINCA Azerbaijan”ın tender komissiyası tərəfindən müəyyənləşdirilib elan olunacaqdır.
Qalib elan olunduqdan sonra hər hansı alqı-satqı əməliyyatı “FINCA Azerbaijan”ın təlimatlarına uyğun olaraq icra olunacaqdır.
Yuxarıda yazılanlar və ya digər uyğun məsələlər barədə hər hansı sualınız olarsa, 050 359 95 21 nömrəsi vasitəsi ilə İlqar Ərəbxanovdan ətraflı məlumat ala bilərsiniz.