Expressbank-dan internet ödənişlərin “3D” mühafizəsi | Banco.az

Expressbank-dan internet ödənişlərin “3D” mühafizəsi

«3D Secure» - Online odənişlərini daha da təhlükəsiz etmək imkanını verən texnologiyadır.

İnternet dövründə müxtəlif növ ödənişləri bank kartları vasitəsi ilə online keçirməyə üstünlük verənlərin sayı sürətlə artmaqdadır. Lakin ödəniş edərkən bəzi hallarda etibarlılığı sual altında olan saytlarda məxfi məlumatı qeyd etmək lazım gəlir və nəticədə kartdakı vəsait dələduzluq qurbanına çevrilə bilər. Kartın itirilməsi və ya oğurlanması zamanı isə bu risk daha da artır, çünki kartın üzərindəki məlumat internet  vasitəsilə ödənişin həyata keçirilməsi üçün kifayətdir.

Bunları nəzərə alaraq, “Expressbank” Visa International və MasterCard kart sahibləri üçün "3D Secure" adlı texnologiya növünnən yararlanmağ imkanını yaradıb.

Bu müasir texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” şifrəsi vasitəsilə ilə online ödənişlərin daha təhlükəsiz şəkildə həyata keçirilməsidir.

Ən sərfəli kredit üçün müraciət et

“3D Secure” təhlükəsizlik standartını dəstəkləyən saytlarda mal və ya xidmətlər üçün ödəniş edən zaman müştəri  “Millikart” səhifəsinə keçir, orada "3D" parolunu daxil edir və yalnız parolun təsdiqindən sonra ödənişi keçirir.

“3D” parolu əldə etmək üçün “Expressbank”-ın istənilən filialına yaxınlaşıb bank kartını qeydiyyatdan keçirtmək kifayətdir. “3D” parolunun qeydiyyatı pulsuzdur.

Daha ətraflı məlumat üçün “Expressbank”-ın 132 məlumat mərkəzinə zəng vura bilərsiz.

Expressbankın fəaliyyəti və kampaniyalı baradə daha geniş və ətraflı məlumatla www.expressbank.az saytından və ya https://www.facebook.com/Expressbank “Expressbank”-ın rəsmi facebook səhifəsindən tanış olmaq olar.

Expressbank- Işiniz rahat getsin!