DəmirBank-ın Nar bayramı münasibətilə keçirdiyi güzəştli kredit aksiyası davam edir | Banco.az

DəmirBank-ın Nar bayramı münasibətilə keçirdiyi güzəştli kredit aksiyası davam edir

DəmirBank 2 noyabr – Nar Bayramı münasibətilə Göyçayda keçirdiyi güzəştli kredit aksiyası 25 dekabr 2013-cü il tarixinədək davam edir.

Aksiyanın şərtlərinə görə Göyçay filialı tərəfindən verilən mikro və kiçik biznes kreditləri üçün illik faiz dərəcəsində 3% endirim təqdim edilir. Kredit 500 – 100 000 AZN, 36 ay müddətədək rəsmiləşdirilir. Kreditin məbləği 4000 AZN-dək olduqda zamin, 10 000 AZN-dək isə girov tələb olunmur.

DəmirBank müştərilərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.