Bank BTB-nin xidmət nöqtələri eGovPay ödəniş sisteminə qoşuldu | Banco.az

Bank BTB-nin xidmət nöqtələri eGovPay ödəniş sisteminə qoşuldu

Bank BTB-nin bütün xidmət nöqtələrinin eGovPay sisteminə qoşulması başa çatmışdır. Belə ki, artıq Müştərilər Bank BTB-nin istənilən xidmət nöqtəsinə müraciət edərək mobil rabitə, stasionar telefonlar, internet, TV, kommunal xidmətlər və digər müxtəlif növ ödənişlərini həyata keçirə bilərlər.

Bank BTB-nin xidmət və məhsulları haqqında (012) 946 qısa nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında yerləşən Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür. 

Ən sərfəli kredit üçün müraciət et