Azərbaycan Beynəlxalq Bankı yeni aksiya keçirir | Banco.az

Azərbaycan Beynəlxalq Bankı yeni aksiya keçirir

Azərbaycan Beynəlxalq Bankı «Visa» beynəlxalq ödəmə sistemi ilə birlikdə «Visa ilə həyat daha asandır» aksiyası keçirir. Bankdan verilən məlumata görə, iyulun 31-dək davam edəcək aksiya çərçivəsində Bankda «Visa» kartı açan şəxslər Beynəlxalq Sığorta Şirkəti, «Sabina» mağazalar şəbəkəsi, «World Telecom» şəbəkəsi, «Park Cinema» kinoteatrları və «Sumakh» restoranından hədiyyələr alacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

 

Belə ki, kartı açan BSS-dən avtomobil sığortası üzrə 20%-lik endirim, «Sabina» mağazalar şəbəkəsindən 10%-lik endirim və sair endirimlər ala biləcək. Eyni zamanda, «Visa Gold», «Visa Platinum» və ya «Visa Infinite» kartları açanda endirimlər daha böyük olacaq.