“AtaBank” ASC bankçılıq və reklam aləmində bir ilkə imza atdı | Banco.az

“AtaBank” ASC bankçılıq və reklam aləmində bir ilkə imza atdı

“AtaBank” 20 illik yubileyi çərçivəsində Azərbaycan bankçılıq və reklam aləmində bir ilkə imza atdı. Belə ki, 30 noyabr 2013-cü ildə Heydər Əliyev Mərkəzində keçirilmiş “AtaHolding” ASC-nin 10 illik və “AtaBank” ASC-nin 20 illik yubileylərinə həsr olunmuş təntənəli gecədə yeni imic video çarxını təqdim etdi. 

Azərbaycanın reklamçılıq tarixində ilk dəfə Almaniyanın məşhur “Die Mobiles” kölgələr teatrının iştirakı ilə təqdim olunan bu çarxda “AtaBank”ın 20 il ərzində inkişaf yolu, innovativliyə meylliliyi və yarandığı gündən “Bir addım öndə” şüarına sadiq qalaraq öz müştərilərinə yeniliklər təqdim etməsi öz əksini tapdı. Qeyd edək ki, “Die Mobiles” kölgələr teatrı Avropada tanınmış bir teatr olmaqla yanaşı 2012-ci ildə Fransada keçirilmiş “Inscrutable Talent” müsabiqəsinin qalibidir.

Ən sərfəli kredit üçün müraciət et