Müştərilərə öz vəsaitlərini rahat idarə etmək və plastik kartlar üzrə xidmətləri əlverişli şəraitlə təmin etməkdə davam edən Bank Respublika növbəti Cash-in bankomatını Nərimanov filialında və daha bir bankomatını Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 99 ünvanında istifadəyə verdi. Bununla da Bank Respublika bankomatların sayını 52-yə çatdırdı. Bu ilin sonunadək daha bir neçə bankomatın quraşdırılması nəzərdə tutulub.
ABB 2012-ci il ərzində dividendlərin ödənilməsi prosesinə başlayıb
Azərbaycan Beynəlxalq Bankı (ABB) 2012-ci il ərzində dividendlərin ödənilməsi prosesinə başlayıb. Bu barədə bankdan məlumat verilib.
“8 iyul 2013-cü il tarixindən etibarən səhmdarlar 2012-ci il ərzində dividendlərin alınması üçün bankın filiallarına müraciət edə bilərlər”, - deyə məlumatda qeyd olunur.
Bank of Azerbaijan 2013 – cü ilin 6 ayına olan maliyyə göstəricilərini açıqlayıb.
“Bank of Azerbaijan" ASC bu ilin yanvar-iyun aylarında vergi ödənilənə qədər 8.54 milyon manat mənfəət əldə edib. Bankın gəlirləri 22.5 milyon manat, xərcləri 13.96 milyon manat olub.
Ramazanda süfrənizi Bolkart-la bəzəyin!
Ramazan ayında insanların nağd pula ehtiyaclarını qarşılamaq məqsədilə “Bank of Baku” Bolkart istifadəçiləri üçün nağdlaşdırma kampaniyasına start verir. 9-11 iyul 2013-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, sentyabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər.
Unibankla gələcəyin bankiri ol!
Unibankın “UniŞans” layihəsi çərçivəsində müxtəlif ali məktəblərdə 4-cü kursda təhsil alan 4 tələbə bankın təqaüd proqramının qalibi olub. Hər bir tələbəyə 150 AZN məbləğində aylıq təqaüd verilir.
“AtaBank”ın “Nəsimi” filialı yeni ünvanda
Müştərilərə daha çevik və rahat xidmət göstərmək məqsədi ilə "AtaBank"-ın paytaxtdakı "Nəsimi" filialı yeni ünvana köçüb. Bundan belə bank filialı müştəriləri bu ünvanda qəbul edəcək:
Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsi.
Telefon: 440-08-12; 440-07-19 / 95
PAŞA Bank Internet Banking adlı yeni məhsulunun təqdimat mərasimini keçirdi
Hyatt oteldə Azərbaycanın iri banklarından biri olan PAŞA Bank özünün Internet Banking adlı yeni məhsulunun təqdimat mərasimini keçirdi.
“FINCA Azerbaijan” 10 Milyon Manatlıq İstiqraz Emissiyasına Başlayır
1 iyul 2013-cü il tarixindən etibarən "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Azərbaycanın kapital bazarlarında istiqrazlarının ilk emissiyasını həyata keçirdi. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi hər birinin nominal dəyəri 1000 AZN olmaqla 10 milyon AZN məbləğində, 3 il ödəmə müddəti ilə 10,000 istiqraz qeydiyyatdan keçirib.
Bolkart və İnteqralPlus-dan kampaniya: Samsung malları 12 aya əlavə xərcsiz!
Azərbaycanın ən populyar kredit kartı olan Bolkart sahibləri İnteqralPlus şəbəkəsinə aid olan “Samsung Store” brend mağazasında iyul ayının sonunadək güzəştli alış-veriş edə bilərlər. Samsung şirkətinin ən yeni mallarının satıldığı “Samsung Store” paytaxtın 28 may küçəsi, 42 ünvanında yerləşir. Bolkart sahibləri burada son model mobil telefonlar, o cümlədən Samsung Galaxy S4, audio və video texnika, planşet kompüterlər, müxtəlif aksessuarlar və digər mallar ala bilərlər.
Mərkəzi Bank tərəfindən pul nişanlarının ekspertizasının təşkili mövzusunda növbəti seminar keçirilib
Mərkəzi Bank tərəfindən kommersiya bankları üçün nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində “Bank Respublika” ASC-nin baş ofisində bankın müvafiq əməkdaşları üçün pul nişanlarının ekspertizanın təşkili mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir.