The Wall Street Journalın məlumatına görə, Yunanıstan Beynəlxalq Valyuta Fonduna 1.73 mlrd dollar məbləğində borclu olduğuna baxmayaraq, o, bu məbləği ödəmək iqtidarında deyil.
Xəbər jurnala, Yunanıstan hökumətindən daxil olub. Məlumatda qeyd olunur ki, borcun ödənmə tarixi kimi, 30 iyun göstərilib, amma Yunanıstan borcu ödəyə bilməyib.
Ölkəninnbaş naziri Alexis Tsipras vəziyyəti qaydasına qoymaq üçün referendum elan edib. Növbəti addım kimi, ölkə bankları bir müddətlik bağlanıb.
Aşağıdakı şəkil Iraklioda bu bazar ertəsi çəkilib. Insanlar öz təqaüdlərini almaq üçün bank işçisiylə mübarizə aparırlar.
Yunanıstanın borcunu qaytarmaması o deməkdir ki, o artıq BVF-dan maliyyə yardımı əldə edə bilməyəcək. Halbuki, imzalanmış razılaşmaya görə Fond ölkəyə 7.2 mlrd avro dəyərində vəsait ayıracaqdı.
Yunanıstanı daha böyük təhlükə gözləyir. Bu isə Avropa Mərkəzi Banklı ilə əlaqədardır. Belə ki, ölkə banka borclu qalsa, ümidlərini tamamilə üzə bilər çünki, avrozonanın digər üzvləri də Yunanıstana borc verməyi dayandıracaq.