“Youtube” iki YENİ layihəyə imza atır | Banco.az

“Youtube” iki YENİ layihəyə imza atır

“Youtube” məzmun yaradıcılarına yeni gəlir mənbələri təmin edəcək iki yeni layihəsini elan etdi, ətraflı məqalədə tanış olaq...

Dünyanın ən böyük video paylaşma platformalarından biri olan “Youtube”, gün keçdikcə həm özü üçün, həm də tərkibində olan məzmun yaradıcılarının daha çox qazanması üçün yeni layihələrə imza atır. Keçən günlərdə ödənişli premium xidmətini istifadəyə buraxan “Youtube”, video kanal sahiblərini sevindirəcək yeni bir proqrama başlayır.

Lakin, bu yeni layihə video kanal sahiblərini məmnun etsə də, istifadəçiləri sevindirməyə bilər. Layihəyə görə 100.000–dən çox abunəçisi olan kanal sahibləri, arzu etdikləri təqdirdə kanallarının izlənilməsini ödənişli hala gətirə biləcəklər.

“Youtube” tərəfindən elan edilən bu layihədə sözügedən kanalları ödənişli olaraq izləmək istəyənlər ayda 4.99 dollar ödəməli olacaqlar. Tələb edilən abunə haqqını ödəyən istifadəçilər həmin kanallardakı videoları reklamsız izləyə biləcəklər. “Youtube” -un bu yeni tətbiqi canlı yayımları ilə məşhur olan “Twitch” video platformasına bənzərdir.

Ən sərfəli kredit üçün müraciət et

Video paylaşma platformasının istifadəçilərinə təqdim etdiyi bir digər yenilik də yenə kanal sahibləri ilə əlaqədardir. Belə ki, 10.000-dən çox abunəçisi olan kanal sahibləri, istədikləri təqdirdə öz kanallarından sponsorlu məhsul satışını həyata keçirə biləcəklər.

Həyata keçirilən satışlardan “Youtube” heç bir pay almayacağını da bildirdi. Hazırda sınaq mərhələsində olan bu yeni layihə ilk olaraq ABŞ – da həyata keçirilməkdədir. Zaman keçdikcə yeni tətbiqin dünyanın hər yerində istifadə edilə bilməsi gözlənilir.

Tamara Mustafayeva, banco.az