YENİLİK! - “Audi” şirkətindən uçan hava taksiləri | Banco.az

YENİLİK! - “Audi” şirkətindən uçan hava taksiləri

Alman avtomobil şirkəti “Audi” və Avropanın hava nəqliyyatı istehsal edən şirkəti “Airbus” hava taksiləri istehsalı üçün işə başlayır. Aşağıdakı şəkillərdə istehsal edilməsi planlanan mexanizmin texnoloji səviyyəsini görə bilirik...

21-ci əsrdə baş verənlər insanı heyrətə gətirdiyi kimi, texnologiyanın bundan sonrakı səviyyəsini də proqnozlaşdırmaq asan deyil. Hava nəqliyyatı istehsal edən qabaqcıl şirkətlər sırasında olan “Airbus” hava daşımaçılığını hər kəsin istifadə edə biləcəyi, sadə bir hala salmaq üçün çalışır.

Bu dəfəki hədəf isə uçan hava taksiləridir. Elektrikli və müstəqil sürüş praktikası üzərinə planlaşdırılan hava taksiləri layihəsinə Alman avtomobil nəhəngi “Audi” də qoşulur.

Iki nəfərlik kompakt quruluşda layihələndirilən bu nəqliyyat vasitəsi yol avtomobilləri standartına əsaslanır.

Layihəyə bir qədər dərindən nəzər saldıqda “Audi”“Airbus” şirkətlərinin hansı hissələrdə texnologiyanın üstünlüklərindən istifadə edəcəklərini görə bilərik. Tamamilə bəlli olmasa da, hava taksilərinin hissələrə ayrıla bilən quruluşda olması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Hava taksilərinin sürücüsüz olacağı da gözləntilər arasındadır. Bu taksilər istifadəçilərə mobil proqramlar vasitəsilə istənilən yerə çağırılma imkanı yaradacaq. Müstəqil sürüş keyfiyyətinə gəldikdə isə deyə bilərik ki, sözügedən hava taksiləri ən yüksək səviyyə hesab edilən 5-ci dərəcəli olacaqlar.

Batareyaların gücü haqqında kifayət qədər məlumat yoxdur. Layihəyə görə cihazın alt hissələrinə batareyalar yerləşdirilmışdır. Enerji doldurulması da şəkillərdə göstərilmişdir. Batareyalar lazımi enerjini avtomobilin alt hissəsindən təmin edir. Yəni, müəyyən uçuş müddətinə çatdıqda gövdə hissəsi ilə əlaqələndirilən batareyalar enerji doldurma prosesini həyata keçirir.

Alt hissə batareyalar üçün nəzərdə tutulub

Öz sahələrində aparıcı şirkətlər sırasında olan “Audi”“Airbus” işbirliyi sayəsində istehsal ediləcək uçan avtomobillər böyük maraqla gözlənilir.

Tamara Mustafayeva, banco.az