Müəllif: Tamara Mustafayeva, Banco.az
Yeni Zelandiya Ehtiyat Bankı (RBNZ) monetar ekspansiya dövrünə daxil olub.
Banco.az xəbər verir ki, Yeni Zelandiya Ehtiyat Bankı (RBNZ) ölkədə inflyasiyanın zəifləməsi səbəbiylə daha əvvəl bildiriləndən xeyli əvvəl monetar ekspansiya dövrünə girərək faiz dərəcələrini aşağı salıb.
Çərşənbə günü Mərkəzi Bankın Pul Siyasəti Komitəsi faiz dərəcələrini 25 baza bəndi azaldaraq 5,25 faizə endirib. "Bloomberg" sorğusunda iştirak edən 23 iqtisadçıdan 9-u bu addımı, 14-ü isə heç bir dəyişiklik gözləmirdi.
Qeyd edək ki, RBNZ-nin yeni proqnozları orta faiz dərəcəsinin dördüncü rübdə 4,92 faizə, gələn ilin ortalarında isə 4,36 faizə düşəcəyini göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!