Yeni valyuta dövrümü başlayır? | Banco.az

Yeni valyuta dövrümü başlayır?

İnsanların mövcud olduğu bütün dövrlərdə alış-veriş, ticarət də mövcud olmuşdur. Əvvəllər barter ilə  edilən əməliyyatlar, sonradan kağız pul ilə əvəz olunmuşdur. Dünyada təqribən 206 ölkə mövcuddur ki,  bu ölkələrdə istifadə edilən kağız pul növlərinin sayı 160-dan çoxdur.  Bitcoin adlandırılan rəqəmsal valyuta növü də dövriyyədə istifadə edilən pul vahidləri siyahısına daxildir.  Bəlkə də, bir gün bütün valyuta növləri ortadan qalxacaq və bitcoin vahid valyuta növünə çevriləcək.

Bəs bitcoinlə başlayan rəqəmsal kriptovalyutalar ilk kimin ideyası olub?

1998-ci ildə ilk dəfə Vaşinqton universitetinin məzunu, kompüter mühəndisi Wei Dai rəqəmsal pul vahidi ideyasını ortaya atan şəxslərdəndir. “Cypherpunks”  adlandırılan bu rəqəmsal pul vahidi  e-poçt vasitəsi ilə  mərkəzi bir sistemin əvəzinə kriptoqrafiya istifadə edilərək qurulmuş və dövriyyəyə buraxılmışdır. 2008-ci ildə Wei Dai və Adam Back Satoshi Nakamoto Bitcoin üzərində işləyərkən əlaqə qurduğu ilk insanlardan idi. 2009-cu ildə isə Satoshi Nakamoto ilk rəsmi kriptovalyuta olan Bitcoini yaradır.

Bəs Nakamotonun üzərində işlədiyi bitcoinin üstünlükləri nə idi?

Ən sərfəli kredit üçün müraciət et

  • Mərkəzi bir qurum tərəfindən idarə olunmur
  • Hər yerdə, hər zaman istənilən miqdarda bitcoin almaq mümkündür
  • Bitcoindəki hesabınızı tam nəzarət altında saxlamaq imkanınız mövcuddur.
  • Bitcoində limit həddi yoxdur.
  • Hər hansı bir məhsulu bitcoin vasitəsi ilə alarkən, öz şəxsi məlumatlarınızı verməyə ehtiyac yoxdur.
  • Bitcoinin banklarda rezerv qarşılığı yoxdur.

Eyni zamanda bitcoin vasitəsi ilə qanundan kənar pul köçürmələri də etmək mümkündür. 

Xəzər Aslanov