Müəllif: Tamara Mustafayeva, Banco.az
Xəbər verdiyimiz kimi “Meta”nın yeni sosial media platforması “Threads” artıq istifadəyə verilib.
Banco.az xəbər verir ki, “Meta” şirkətinin “Twitter”ə güclü alternativ olaraq istifadəçilərə təqdim etdiyi “Threads” qısa müddətdə böyük marağa səbəb olub.
Mark Zukerberqin açıqlamasına görə, yeni sosial media platforması ilk 7 saatda 10 milyon istifadəçiyə çatıb. Bu, istifadəçilərin yeni platformaya marağını açıq şəkildə göstərir.
Odur ki, gəlin yeni sosial media platformasının bütün funksiyaları ilə tanış olaq.
“Threads” “Instagram” ilə inteqrasiya olunmuş şəkildə işləyəcək və istifadəçilər tətbiqi Google Play və App Store-dan yükləyə biləcəklər. Proqram hazırda 100 müxtəlif ölkədə mövcuddur. Platformada simvol limiti 500 olaraq təyin edilib. Bu o deməkdir ki, istifadəçilər “Twitter” ilə müqayisədə daha uzun və daha ətraflı yazılar yerləşdirə bilərlər. Bundan əlavə, “Threads” proqramında istifadəçilər 5 dəqiqəyə qədər olan linklər, fotolar və videolar paylaşa biləcəklər.
Qeyd edək ki, istifadəçilər “Instagram”istifadəçi adından və məlumatlarından istifadə edərək “Threads”ə daxil ola bilərlər.
Bizi sosial şəbəkələrdən izləyin!!