Yeni sığorta məhsulu yarandı – Pulumuzu kiber risklərdən qoruyacaq | Banco.az

Yeni sığorta məhsulu yarandı – Pulumuzu kiber risklərdən qoruyacaq

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanda yeni sığorta məhsulu olan kiber risklərin sığortası yaradılıb. 

Ekspertlər hesab edir ki,  kiberdələduzluq halları artdığı üçün belə bir məhsulun yaranması vacib idi. 

Məsələ ilə bağlı Banco.az-a açıqlama verən  hüquqşünas, sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, bu addımı ilə AMB yeni növ məhsullar ortaya çıxardı:

“İki ildir ki, ölkəmizdə yeni sığorta məhsulları passiv dövrünü yaşayırdı. Ümumiyyətlə, yeni növ sığorta məhsullarının yaranması sığorta şirkətlərindən və nəzarətedicinin nəzarətindən asılıdır. Ölkədə məcburi xarakter daşıyan sığorta məhsulları var. Məsələn, bu siyahıya avtonəqliyyat vasitələrinin mülki məsuliyyəti sığortası,  əmlakla bağlı sığorta növləri aiddir.  Görünən də odur ki, sığorta şirkətləri  bu növ məhsulları satmağı xoşlasalar da,  eyni zamanda  daha çox risk daşıdığını da bilirlər. Artıq bir neçə aydır ki, kreditlərlə bağlı məsələdə Mərkəzi Bank aktivlik nümayiş etdirir. Görünən odur ki, Mərkəzi Bank da sığorta şirkətlərinə yeni növ məhsulları ortalığa çıxarmaq üçün tövsiyələr verib”. 

Hal-hazırda da, ölkəmizdə də kiber hücumlarla bağlı məsələlərin çox böyük problemlər yaşadığını vurğulayan ekspert qeyd edib ki, risklər böyük olduğu zaman sığorta şirkətləri özlərini sığortalayacaqlar:

Ən sərfəli kredit üçün müraciət et

“Sığorta şirkətləri görürlər ki, vətəndaşların etibarından istifadə edən dələduzlar bank kartlarından çoxlu məbləğdə vəsaitlər çıxararaq, onları çətin vəziyyətdə qoyurlar. Şirkətlər bu halda  müxtəlif növ təminatları təklif edərək vətəndaşlara bu növ sığortadan yararlanmağı təklif edirlər. Bununla kiberhücumlar zamanı məbləğlərin itirilməsi zamanı sığorta ödənişlərinin verilməsi nəzərdə tutulur.
Ümid edirəm ki, sığorta bazarında yeni məhsullar daha çox ortaya çıxacaq. Bu zaman həm də vətəndaşların, həm də sığorta şirkətlərinin seçim hüququ daha çox olacaq”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et