Yaxşı təqdimat hazırlamaq üçün istifadə edə biləcəyiniz 5 ipucu | Banco.az

Yaxşı təqdimat hazırlamaq üçün istifadə edə biləcəyiniz 5 ipucu

Təqdimatlar gündəlik dövrümüzdə istifadə edilən əsas vizual vasitələrdən biridir. Bəs yaxşı təqdimat üçün hansı vasitələrdən istifadə etməliyik? Bu gün bizim misallarımız MS PowerPoint 2013 üzərində olacaq.

1) "Theme"nız bol olsun




Ümumiyyətlə təqdimata necə başlayırıqsa sonu da elə olur. Bu məsələdə ən önəmli rolu "Theme" funksiyası oynayır. PowerPoint 2013-ün hazır "Theme"ları təqdimat haırlayarkən işimizi olduqca asanlaşdırır.


2) Az söz çox vizuallıq.




Bir tarlaya iki kürkü cırıq keçəl kor kirpi dadanmış. Biri kürkü cırıq erkək keçəl kor kirpi digəri kürkü cırıq dişi keçəl kor kirpi. Anlaşılmayan sözlər əvəzinə kirpi şəkli qoymaq hər şeyi izah edər.

3) Əsl art Clipartdır.




Clipart şəkilləri təqdimatımıza yaxşı vizuallıq gətirir, eyni zamanda onların animasiyasını daha asanlıqla qurmaq olduğundan mükəmməl təqdimat üçün ən yaxşı vasitələrdən hesab etmək olar.


4) "Transition" ilə slaydımız bal kimi getsin.



PowerPointin Transition bölməsi əslində ən yararlı bölmədir. 2013 versiyasında transitionlar yeniləndiyindən bizdən məsləhət görülür.

5) Qrafik dizayner deyilik amma bizdə animasiya yarada bilərik.



Animasiyalar təqdimatın canıdır. Yaxşı animasiya keyfiyyətli təqdimat deməkdir. Amma bunlardan hansını hansı yerdə seçmək, bax elə əsas məsələ odur.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Mr.docs