Yaşıl enerji tutumu altı il ərzində 2,5 dəfə artacaq | Banco.az

Yaşıl enerji tutumu altı il ərzində 2,5 dəfə artacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Energetika Agentliyi (BEA): Altı il ərzində yaşıl enerji tutumu 2,5 dəfə artacaq.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IAA) Bərpa olunan 2024 hesabatına əsasən, hazırda dünyanın bərpa olunan enerji potensialında 30 ilin ən sürətli artımı müşahidə olunur.

Belə ki, ötən il dünyada 2022-ci illə müqayisədə 510 giqavat olmaqla 50 faiz çox bərpa olunan enerji tutumu istifadəyə verilib və bu artımın 75 faizi günəş enerjisi hesabına təmin edilib.

Sözügedən dövrdə qlobal bərpa olunan enerji artımında Çin liderlik etdiyi halda, Avropa, ABŞ və Braziliyada da bərpa olunan enerji potensialının artımı rekord səviyyələrə çatmışdır.

Ölkələrin enerji təchizatı təhlükəsizliyində, eləcə də iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayan bərpa olunan enerjidə artımın tədricən sürətlənəcəyi proqnozlaşdırılarkən 2028-ci ilə qədər dünyanın bərpa olunan enerji tutumunun 7300 giqavata çatacağı təxmin edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bu artım tempi davam etdikcə, 2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialının indiki səviyyəsindən 2,5 dəfə artacağı proqnozlaşdırılır. Bu artımın 95 faizinin günəş və külək enerjisindən əldə ediləcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram