Müəllif:Ayşən İmanova/Banco.az
Rusiya məhkəməsi, qadağan olunmuş məzmunu silmədiyinə görə, “Google”u 3,8 milyon rubl cərimələyib.
Banco.az xəbər verir ki, bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin “Telegram” kanalında bildirilib.
Qeyd olunub ki, paytaxtın Taqanski Rayon Məhkəməsi “Google MMC”nin Rusiya İnzibati Xətalar Məcəlləsinin “Sayt sahibinin məlumatı silmək öhdəliyi nəzərdə tutulduğu halda onu silməməsi” maddəsi ilə təqsirli bilib.
Oktyabrın sonunda bildirilib ki, Rusiya televiziya şirkətləri “YouTube” videohostinq xidmətində hesabların bloklanması səbəbindən Amerikanın “Google” korporasiyasından iki undesilyon (2-nin yanında 36 sıfır) rubl tələb ediblər. Ümumilikdə 17 kanal zərərçəkmiş kimi qeyd edilib.