Yaşamaq üçün nələrə nə qədər ehtiyacımız var? | Banco.az

Yaşamaq üçün nələrə nə qədər ehtiyacımız var?

Hər bir ölkə əhalisinin rifahını ölçmək, vergilərə cəlb olunmayan həddinin əsaslandırılması, dövlət sosial yardımın göstərilməsi üçün yaşayış minimumundan istifadə edir. Bu göstərici minimum istehlak səbəti ilə müəyyən olunur. Minimum istehlak səbəti isə insanın sağlam həyat fəaliyyəti üçün lazım olan zəruri ərzaq, qeyri-ərzaq və xidmətlərdən ibarətdir. Bu istehlak səbəti elmi normalar əsasında müəyyən edilir. Bu norma əmək qabiliyyətli əhali, pensiyaçılar və 15 yaşadək olanlar üçün fərqlənir.

1 yanvar 2019-cu ildən yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

Azərbaycanın istehlak səbətinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlərlə, eyni zamanda onların miqdarı ilə infoqrafikada tanış ola bilərsiniz. İnfoqrafika əmək qabiliyyətli şəxs üçün minimum ehtiyacları əks etdirir. (Sağ yuxarı küncdəki düymə ilə böyüdüb daha ətraflı baxa və paylaşa bilərsiniz).

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, minimum əmək haqqı da minimum yaşayış standartlarına uyğunlaşdırılmalıdır. Bu ilə qədər isə minimum əmək haqqı yaşayış minimumundan aşağı olmuşdur. 

Aşağıdakı qrafikdə illər üzrə yaşayış minimumu və minimum əmək haqqı üzrə dinamka göstərilmişdir.

Tərlan Qəhrəmanova, Banco.az