Robotlar nə üçün çalışdıqları oteldən qovuldular? | Banco.az

Robotlar nə üçün çalışdıqları oteldən qovuldular?

Yaponiyada 2015-ci ildən etibarən yalnız robotların çalışdığı mehmanxana fəaliyyət göstərir. 

The Wall Street Journal verdiyi məlumata əsasən: Mehmanxana sahibləri, böyük təəssüf hissi ilə robotların işi bacarmadıqları və iş yerində daim problemli halların yaranmasına səbəb olmalarını qeyd edərək, radikal qərar qəbul ediblər. Onlar müştərilərə xidmət göstərən 243 robotdan ibarət "komandanın" yarısını işdən azad etmək qərarına gəliblər. 2019-cu ildən başlayaraq, Henn-na mehmanxanasında süni intellekt sahibləri ilə yanaşı insanların da çalışacağı da bildirilib.  

Deyilənə görə Henn-na mehmanxanasında çalışan robotlar yüksək texnologiyanın ən maraqlı nümunələrindən biri olsalar belə, ən sadə tapşırıqların yetirilməsi zaman çətinlik çəkirlər. Məsələn; qeydiyyat stendi arxasında dayanan mexaniki dinozavrların pasportun nüsxəsini çıxara bilmədiyini və onlara daim yardım edilməsinin mütləq olduğu vurğulanıb. Otaqlara əşyaların daşınılması üçün nəzərdə tutulan robotlar, baqajı yalnız 100 nömrədən 24-nə qədər apara bilirlər. Bu da, yalnız hava şəraitinin yağışlı və qarlı olmadığı zaman müşahidə edilə bilər. İki robot dəhlizdə qarşılaşdıqları zaman bir-birlərini önə buraxmaq üçün daim yerlərində ilişib bir müddət qala bilir.  Hər otaqda yerləşdirilən köməkçi robotlar isə mehmanxana sakinləri yatan zaman; “Sizə necə yardım edə bilərəm?” sualı ilə onların dərin yuxudan oyanmasına səbəb olur. 

Ən sərfəli kredit üçün müraciət et

Bütün bunlara baxmayaraq Henn-na sahibkarları, məhz robotların çalışdığı mehmanxana konsepsiyasından əl çəkmədikləri bildiriblər. Lakin buna baxmayaraq, mehmanxanın hələki insan olmadan fəaliyyətinin mümkünsüzlüyünü də vurğulamağı, unutmayıblar. Onların fikrincə, bütün problemlər texnologiyanın sürətli şəkildə köhnəlməsindən irəli gəlir. Belə ki, 4 illik fəaliyyəti ərzində oteldə çalışan robotları mütəmadi olaraq yenilənən mobil tətbiqlər və smartfonların səsli assistenləri belə ötüb keçə biliblər. 

Ən sərfəli krediti almaq üçün müraciət et