Yaponiyada əhalinin sayı yarım milyondan çox azalıb | Banco.az

Yaponiyada əhalinin sayı yarım milyondan çox azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın ümumi əhalisi ötən il yarım milyondan çox azalıb.

Banco.az xəbər verir ki, Yaponiya Daxili İşlər Nazirliyinin açıqladığı əhali məlumatlarına görə, 2023-cü ildə doğulan körpələrin sayı 730 minlə indiyə qədərki ən aşağı səviyyədə qalıb.

Ötən il ölənlərin sayının 1 milyon 580 min nəfər olduğu Yaponiyada ümumi əhali yarım milyondan çox azalıb. Bununla da ölkədə ardıcıl 15 ildir ki, əhali sayında azalma müşahidə olunur.

Rəsmi məlumatlara görə, 2024-cü il yanvarın 1-nə ölkə əhalisinin sayı 124,9 milyon nəfər olub.

Qeyd edilib ki, Yaponiyada yaşayan əcnəbilərin sayı 11 faiz artaraq ilk dəfə 3 milyonu keçib. Hazırda ümumi əhalinin təxminən 3 faizini təşkil edən əcnəbilər, əsasən, 15-64 yaş qrupunda olan əmək qabiliyyətli insanlardır.

Ən sərfəli kredit üçün müraciət et

Yaponiyanın əhalisinin 2070-ci ilə qədər təxminən 30 faiz azalaraq 87 milyona çatacağı və hər 10 nəfərdən dördünün 65 və ya daha yuxarı yaşda olacağı proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram