Yapon milyarder Twitter-də 923 min dollar təklif etdi | Banco.az

Yapon milyarder Twitter-də 923 min dollar təklif etdi

Yapon milyarder paylaşımının retweet edilməsi ( bəyəndiyimiz fikirləri , postları paylaşma funksiyası) üçün 923 min dollar təklif etdi və Twitter tarixinin ən populyarına çevrildi.

Yusaku Maezawa

Yapon riteyler Zozo-nun paylaşımı üç gün ərzində 5 milyon dəfə retweet olundu.

2019-cu ilin 5 yanvar tarixində Zozo (Yusaku Maezawa) öz Twitter hesabında maraqlı bir paylaşım yerləşdirib. Milyarder, bu paylaşımı retweet edən 100 təsadufi seçilən istifadəçiyə 100 milyon yen (923 min $) verəcəyini vəd etdi.

Ən sərfəli kredit üçün müraciət et

CNBC- nin məlumatında qeyd edilir ki, paylaşım 5 milyondan çox izləyici tərəfindən retweet edilərək, Twitter tarixinin rekorduna imza atıb.

Maezawa, yarışmanı səhifəsində: Şirkətinin yeni il yarmarkası ərzində 10 milyard yendən çox satış etməsi xəbərindən sonra elan etmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et